Xidmətlərimiz

Uşaq Meydançası


Uşaqların istirahət zamanı vaxtı səmərəli və təmiz havada keçirmələri üçün mərkəzimizdə oyun meydançası mövcüddur.

İdman meydançaları


Mərkəzimizdə idmana meyilli və sağlam həyat tərzinə uyğun istirahət etmək istəyən qonaqlarımız üçün, açıq havada basketbol, voleybol və mini futbol meydançalarımız mövcuddur.

Massaj


Hər hansı bir massaj xeyirlidir. O, bədəndə qan dövranını yaxşılaşdırır, əzələləri boşaldır, daxili orqanların fəaliyyətini tənzimləyir. Müalicəvi massaj su prosеdurları ilə birlikdə, orta əsr Müsəlman Şərqinin həkimləri tərəfindən ən müxtəlif xəstəliklərin müalicəsi üçün tövsiyyə edilirdi.



Yusif İbn Məhəmməd qеyd еdirdi ki, massajın 6 növü vardır və onları özünün «Tibbi-Yusifi» (1511 il) əsərində siyahıyə əsərində almışdır: «Massaj həmçinin yaxşı fiziki təlimdir. Onun 6 növü var:


  • Kobud və nahamar – orqanizmdəki qalıqları sovurur, üzün dərisini qızardır, əzələləri inkişaf etdirir, belə ki, qanı bədənin səthinə çəkir.
  • Hamar, sığallayıcı – üzü qızardır, əzələləri inkişaf еtdirir, ancaq nahamar еtdiyi dərəcədə yox.
  • Bərk – bədən üzvlərini möhkəmləndirir, orqanizmdə olan artıq və zərərli maddələri yox edir.
  • Yumşaq – bədən üzvlərinin əzələlərini boşaldır, əsəb sistеmini sakitləşdirir.
  • Qısa müddətli – artıq piyi cüzi sovurur.
  • Uzun müddətli – qan dövranını xеyli yaxşılaşdırır, əzələləri inkişaf еtdirir, artıq piyi yox edir.


İstirahət mərkəzimizdə sizə müxtəlif növlərdə massaj təklif edirik. Əlavə məlumat üçün qejdiyyat şöbəsinə müraciət edib, massaj üçün vaxtı təyin edə bilərsiniz.

Yeməkxana xidməti



Düzgün qidalanma orqanizmi nəinki enerji ilə təhciz etməyə kömək edir, həm də orqnizimdəki bütün mühüm funksiyaların fəaliyyətinə yardımçı olur. Mərkəzimizdə gigiyena standartlarına uyqun və insan vücudunun gündəlik təlabatına uyğun qidalanmanız və sizə xeyir verməsi üçün biz daima nəzarət altında saxlayırıq...

Turlarımız


"Zirvə oteli" turu
Kanat yolu
Məsafə: 25 km
Vaxt: 10:00 dan 14:00 dək
Qiyməti: 3 AZN


"Quba, Qəçreş" turu
Minarə, Nazlı bulaq, Quba soyqırım məzarlığı
Məsafə: 45 km
Vaxt: 10:00 dan 14:00 dək
Qiyməti: 3 AZN


"Piknik" turu
Meşə, bulaq, mənzərə
Məsafə: 2 km
Vaxt: 10:00 dan 17:00 dək
Qiyməti: 2 AZN


"Ləzə kəndi" turu
Şəlalə, Şahdağ, Bazardüzü, Bulaq
Məsafə: 36 km
Vaxt: 10:00 dan 14:00 dək
Qiyməti: 4 AZN


"Həzrə kəndi" turu
Şeyx Cüneyd türbəsi
Məsafə: 30 km
Vaxt: 10:00 dan 14:00 dək
Qiyməti: 4 AZN


Bizim haqqımızda rəylər