ŞƏFA-QUSAR

Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin inşa etdirdiyi “Şəfa” istirahət mərkəzi Respublikamızın ən dilbər güşələrindən olan Qusar rayonunu ərazisində yerləşir.
Heydər Əliyev prospektində yerləşən istirahət mərkəzində qazanxana, su anbarı, konfrans və idman zalı, uşaq meydançası, avtomobil dayanacağı, yeməkxana və digər otaqlar var. Bununla yanaşı, binada idarəetmə otaqları, məşq zalı və VİP nömrələr fəaliyyət göstərir. İstirahət mərkəzinin bağında minə yaxın müxtəlif növ ağac əkilib, geniş yaşıllıq zolağı salınıb.

Şəkillər

"Şəfa" istirahət mərkəzi Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin büdcə vəsaiti hesabına tikilib. Mərkəzin açılışında səhiyyə naziri Oqtay Şirəliyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, Qusar Rayon İcra Hakimiyyətinin başçısı və digər rəsmi şəxslər iştirak ediblər.

Sağlamlıq ocağı çox əlverişli ünvanda yerləşir – həm "Şahdağ" Qış İdmanı Kompleksinə, həm də Nabrandakı yay turist bazalarına yaxındır. İstirahət mərkəzi 80 yerlikdir, eyni zamanda, uşaqlarla birlikdə 100 nəfər istirahət edə biləcək və il boyu fəaliyyət göstərəcək. İstirahət edənlərə gələcək üçün müalicə xidmətləri göstərilməsi planlaşdırllır. İstirahət 3, 7 və ya 10 gün müddətinə nəzərdə tutulur.


OTAQLARIN SAYI:

1 otaqlı 2 nəfərlik : N 110, 210, 311
2 otaqlı 2 nəfərlik : N 101 103 104 105 106 107 018 109 201 203 204 205 206 207 208 209 301 302 304 305 306 307 308 309
3 otaqlı 4 nəfərlik : N 102 111 202 211 303 312

Əlavə Məlumat

Daha ətraflı məlumat almaq üçün
Bizimlə əlaqə saxlamaqdan çəkinməyin...

Faydalı keçidlər